Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin iki əməkdaşına - böyük elmi işçilər Vəfa Həşimova və Elnur Zeynalova iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Noyabrın 29-da Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə onlara müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından əməkdaşlarımızı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!





