Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının iclası keçirilib. Tədbirdə Şuranın fəaliyyəti və bir sıra təşkilati məsələlər müzakirə edilib. Şuraya yeni sədrin seçkisi keçirlib.
Müzaikərlərdən sonra açıq səsvermə yolu ilə ETN İqtisadiyyat İnstitutunun böyük elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalov Gənc Alimlər Şurasının sədri seçilib.
Qeyd edək ki, Elnur Zeynalov Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasında "Dünya maliyyə bazarında məzənnə dəyişikliklərinin Azərbaycan iqtisadiyyatına təsirinin qiymətləndirilməsi" mövzusunda dissertasiya işini müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur.





