Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin, ETN Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir.
Konfransda ETN İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d. Rəsmiyyə Abdullayeva və həmin şöbənin aparıcı elmi işçisi, i.f.d. Jalə Əlieva, “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin müdiri, dosent Pərviz Həsənov və həmin şöbənin kiçik elmi işçisi Aynur Nəbizadə iştirak ediblər. R.Abdullayeva və P.Həsənov “Azərbaycanın səhiyyə sahəsində rəqəmsal transformasiya”, J.Əliyeva “Rəqəmsal iqtisadiyyatda əlilliyi olan şəxslərin inklüzivliyi: yeni imkanlar və çağırışlar”, A.Nəbizadə “Turizm sektorunda rəqəmsal innovasiyaların yaşıl iqtisadiyyata təsiri” mövzularında çıxış ediblər.





