Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ETN İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent Pərviz Həsənov, şöbə müdirləri – AMEA-nın müxbir üzvü Şahbaz Muradov, i.e.d. Rəsmiyyə Abdullayeva, aparıcı elmi işçi Tanrıverdi Paşa və digərləri çıxış edərək dövlət müstəqilliyinin əldə edilməsini xalqımızın həyatında mühüm əhəmiyyəti olan tarixi hadisə kimi qiymətləndiriblər. Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük bir inkişaf yolu keçdiyi, bütün sahələrdə köklü islahatların aparıldığı, ölkənin böhrandan çıxaraq davamlı və dayanıqlı tərəqqisinə nail olunduğu, dünya birliyində layiqli yer tutduğu xususi vurğulanıb. Qeyd olunub ki, həmin uğurlu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir, ölkəmizin iqtisadiyyatı inkişaf edir, daha da möhkəmlənir və əhalinin rifahı yüksəlir.
Alimlər çıxışlarında respublikamızda müstəqillik illərində keçilmiş şərəfli yola siyasi və iqtisadi cəhətdən nəzər salmaqla yanaşı, indiyədək əldə olunmuş siyasi, iqdisadi və sosial sahədəki nailiyyətləri yüksək qiymətləndiriblər, ölkəmizin gələcəyi haqqında düşüncələrini bölüşüblər (economics.org. az)





