Sentyabrın 4-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı (HT) Komitəsinin iclası keçirilib.
Həmkarlar Təşkilatının sədri, dos. Pərviz Həsənovun sədrliyi ilə baş tutan iclasda təşkilati məsələlər, o cümlədən, maddi yardımlarla bağlı müraciətlər, müalicə ilə əlaqədar ehtiyacı olanlara yardım olunması, mədəni-kütləvi tədbirlərin təşkili, yubiley yaşına çatmış əməkdaşların təbrik edilməsi və s. məsələlər müzakirə olunub. (economics.org.az).





