İyulun 11-də ETN İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf, İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya və Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbələrinin birgə iclası keçirilib.
İclasda 5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün i.f.d., dosent Muradov Allahyar Niyaz oğlunun təqdim etdiyi “Azərbaycanda bilik iqtisadiyyatının formalaşmasının dövlət tənzimləməsinin təkmilləşdirilməsi” adlı dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda dos. A.Muradov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış suallarını cavablandırıb. Sonra dissertasiya işi ilə bağlı müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə - elmi seminara tövsiyə olunub (economics.org.az).





