Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun Demoqrafiya və məşğulluq problemləri şöbəsinin böyük elmi işçisi Akifə Ağayarovaya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
İyulun 3-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə A.Ağayarovaya müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından onu ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!





