İyunun 28-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Professor Rəna Sultanovanın sədrliyi ilə keçirilən iclasda Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun doktorantı Əli Yaşar oğlu Abbasovun 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Azərbaycanda istehsal olunan elektrik enerjisinin ixrac qiymətlərinin orta və uzunmüddətli dövr üçün proqnozlaşdırılması modelləri” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra Ə.Abbasov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





