İyunun 11-dən Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "Post-konflikt Ərazilərin Bərpası" Elmi Mərkəzinin bir qrup əməkdaşı - Mərkəzin rəhbəri i.f.d., dos. Azər Səfərov, aparıcı elmi işçilər i.f.d., dosent Təbriz Yadigarov, i.f.d., dos. Rəhimə Nurəliyevə, kiçik elmi işçilər Elmir Mehdiyev və Cavanşir Burhanzadə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında səfərdədilər.
Üç gün davam edəcək səfərin birinci günündə tədqiqatçılar Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı il yaxından tanış olublar, Sənaye Parkının icraçı direktoru Malik Hacıyevlə görüşdülər. M.Hacıyev tədqiqatçılara Sənaye Parkının layihəsi, rezidentləri və indiyə qədər görülmüş işlər barəsində məlumat verib.
Daha sonra İqtisadiyyat İnstitutunun əməkdaşları Zəngilan rayonunun Ağalı kəndinə baş çəkiblar və orada görülən işlərlə tanış olublar. Tədqiqatçıların Laçın rayonunda, Şuşa şəhərində, Ağdamda və işğaldan azad olunmuş digər ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olmaları nəzərdə tutulur (economics.org.az).





