İyunun 7-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda İqtisadiyyat İnstitutunun doktorantı Yunus Musa oğlu Sadıqovun 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Aqroemal sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra Y.Sadıqov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





