İyunun 6-da ETN İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir. Seminarda İqtisadiyyat İnstitutunun doktorantı, i.f.d. Fikrət Quliyevin iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın istehlak bazarında marketinq fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və artırılması istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib.
F.Quliyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





