Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva və həmin şöbənin elmi işçiləri Aygün Təhməzli və Vəfa Haşimli 31 may 2024-cü il tarixində Serbiyada keçirilən XII “İqtisadiyyatda yeni paraqdimalar: əlaqə, innovasiyalar və dayanıqlıq” mövzusunda beynəlxalq konfransda onlayn formatda iştirak ediblər.
Konfransda 14 (Azərbaycan, Türkiyə, Serbiya, Xorvatiya, Qazaxıstan, Bolqarısan, Ukrayna, Boniya və Hersoqavina, Polşa, Rumıniya və s.) ölkənin elm adamları təmsil olunub. R.Abdullayeva “Azərbaycanda rifah halının yaxşılaşdırılmasında sosial innovasiyaların rolunun qiymətləndirilməsi” mövzusunda çıxış edib. Konfransda dayanıqlıq, innovasiyalar, rəqəmsallaşma, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlər və s. mövzularda müakirələr aparılıb. Konfransın materiallarının Scopus elmi bazasına daxil edilməsi nəzərdə tutulur.





