Mayın 30-da Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya, Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı və Xidmət sferasının iqtisadiyyatı şöbələrinin birgə iclasında Əbdürrəhmanova Aytən Faris qızının iqtisad üzrə fəlfəsə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının emal sənayesində innovasiya sahibkarlığının inkişaf istiqamətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri, dos. Pərviz Həsənovun sədrliyi ilə keçirilən iclasda iddiaçı A.Əbdürrəhmanova dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb, müzakirələr aparılıb. Sonda dissertasiya işi səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub (economics.org.az).





