Mayın 24-27-də İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib.
Direktorun müvafiq əmri əsasında yaradılmış imtahan komissiyaları tərəfindən şəffaflıq şəraitində, yazılı-şifahi formada baş tutan imtahanlarda “Ümumi iqtisadiyyat”, “Dünya iqtisadiyyatı”, “İqtisadi nəzəriyyə”, “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, “Demoqrafiya” və “Ümumi iqtisadi biliklərin əsasları” ixtisasları üzrə 8 nəfər iştirak edib.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib (economics.org.az).





