15-17 may 2024-cü il tarixilərində Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı və bir sıra xarici ali təhsil müəssisələrinin (Polşa, Çin, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Moldova, Qazaxıstan) tərəfdaşlığı ilə Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 3-cü beynəlxalq konfrans (PLMO 2024) keçirilmişdir.
Konfransda ETN İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva və aparıcı elmi işçi, dosent Mətanət Abdalova iştirak ediblər və “Transport and logistics complex of Azerbaijan in the context of geopolitical problems of the modern world” (Müasir dünyanın geosiyasi problemləri kontekstində Azərbaycanın nəqliyyat və logistika kompleksi) mövzüsunda məruzə təqdim olunub.





