Aprelin 23-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutun “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsinin tədqiqat qrupunun iclası keçirilib.
Tədbirə onlayn formatda Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Muradlı, Şamaxı RİH-in baş məsləhətçisi Nəriman Məmmədov da qatılıblar.
Layihənin koordinatoru, professor Tərbiz Əliyev layihə çərçivəsində indiyədək görülən işlər, toplanan materiallar, nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Samaxıda sahibkarlar arasında keçirilməsi nəzərdə tutulan sorgu anketinin hazır olduğunu, sorğunun təşkili üzrə könüllülər arasında treninqin təşkilinin planlaşdırıldığını bildirib.
Tədqiqat qrupunun üzvlərinin iştirakı ilə müzakirələr aparılıb, təklif və tövsiələr səsləndirilib, təşkilati məsələlər müzakirə olunub.





