Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfrans sosial iqtisadi potensial və gələcəyə baxış olmaqla iki bölmə üzrə baş tutub.
Tədbirin “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı” bölməsində Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşa “Qərbi Azərbaycan iqtisadiyyatının tədqiqinə dair” adlı məruzə ilə çıxış edib. Məruzədə Qərbi Azərbaycan iqtisadiyyatının elmi tədqiqi ilə bağlı problemlərin nəzəri-metodoloji və praktiki məsələlərinə toxunulub.
Məruzənin mətni əlavə olunur.
“Qərbi Azərbaycan iqtisadiyyatının tədqiqinə dair” adlı məruzə





