Aprelin 17-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Samirə Abasova və şöbə müdiri i.e.d., professor Gülşən Yüzbaşıyeva Ukraynada, Dnepr şəhərində yerləşən Alfred Nobel adına Universitetdə "İnnovativ sosial-mədəni müstəvidə mütəxıssislərin peşəkar şəkildə formalaşması üzrə nəzəriyyə və praktika" mövzusunda keçirilən II-ci beynəlxalq elmi praktiki konfransda onlayn formatda iştirak ediblər.
S.Abasova konfransda “Türkdilli ölkələrdə ali təhsil: müqayisəli təhlil” adlı təqdimatla onlayn formatda çıxış etmişdir.





