Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial-inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, 741-23 və 743-23 saylı qruplarda tələbələrə "Sahibkarlığın əsasları və biznesə giriş" fənninin tədris prosesinə dəvət olunmuş, peşəkar mütəxəssis olaraq təcrübə dərsi aparmışdır. O, özünün təcrübi biliyini yüksək səviyyədə tələbələrlə bölüşmüşdür.
Belə qarşılıqlı tədris prosesi, tələbələrdə böyük maraq oyadır və onların gələcək karyera quruculuğunda, müəssisə və təşkilatların idarə edilməsində böyük dəstək olur.
Dərsdə "Menecment" kafedrasının müdiri, prof. Qəzənfər Süleymanov və “Menecment” kafedrasının dosenti, fənn müəllimi Arzu Mirheydərova da iştirak ediblər.





