|
İnstitutlar |
Fəlsəfə doktoru hazırlığı üzrə |
Elmlər doktoru hazırlığı üzrə |
||||||||||
|
Doktorantura |
Dissertantura |
Cəmi |
Doktorantura |
Dissertantura |
Cəmi |
|||||||
|
Ayrılmış yerlər |
Sənəd verənlər |
Ayrılmışyerlər |
Sənəd verənlər |
Ayrılmışyerlər |
Sənəd verənlər |
Ayrılmışyerlər |
Sənəd verənlər |
Ayrılmış yerlər |
Sənəd verənlər |
Ayrılmış yerlər |
Sənəd verənlər |
|
|
3 |
3 |
2 |
4 |
5 |
7 |
2 |
2 |
2 |
3 |
4 |
5 |
|
|
5 |
6 |
3 |
5 |
8 |
11 |
0 |
0 |
5 |
8 |
5 |
8 |
|
|
8 |
19 |
10 |
14 |
18 |
33 |
0 |
0 |
5 |
10 |
5 |
10 |
|
|
2 |
3 |
7 |
12 |
9 |
15 |
0 |
0 |
4 |
7 |
4 |
7 |
|
|
0 |
0 |
1 |
1 |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
0 |
0 |
1 |
1 |
1 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
0 |
0 |
3 |
- |
3 |
- |
0 |
0 |
3 |
- |
3 |
- |
|
|
5 |
12 |
6 |
9 |
11 |
21 |
4 |
9 |
5 |
7 |
9 |
16 |
|
|
3 |
3 |
9 |
12 |
12 |
15 |
0 |
0 |
3 |
3 |
3 |
3 |
|
|
|
26 |
46 |
42 |
58 |
68 |
104 |
6 |
11 |
27 |
38 |
33 |
49 |
Cədvəl : AMEA-nın İctimai Elmlər bölməsinə daxil olan elmi-tədqiqat müəssisələrinin 2017-ci il üçün
doktoranturaya və dissertanturaya qəbul yerləri və müraciət edən namizədlərin sayı
Mənbə: Elmi-tədqiqat müəssisələrinin təhsil şöbələrindən əldə olunan məlumatlara əsasən müəllif tərəfindən tərtib edilmişdir.
İctimai Elmlər Bölməsinin tərkibinə 8 elmi tədqiqat institutu və 1 muzey daxildir: A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə İnstitutu, İqtisadiyyat İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi. İctimai Elmlər bölməsinə aid institutlarda 2017-2018-ci tədris ilində doktoranturaya və dissertanturaya müraciət edən namizədlərin ümumilikdə sayı araşdırılmış və İqtisadiyyat İnstitutunun nəticələri ilə müqayisə olunmuşdur. Qeyd edək ki, yalnız Milli Azərbaycan Tarixi Muzeyindən bu barədə müvafiq informasiya almaq mümkün olmamışdır.
AMEA-nın İctimai Elmlər bölməsinin tərkibində olan bütün institutlarda və təşkilatlarda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 26 yer ayrılmış və bu yerlərə 46 nəfər müraciət etmişdir. Dissertanturaya isə müvafiq olaraq 42 yer ayrılmış və 58 nəfər müraciət etmişdir. Ümumilikdə 68 yerə 104 nəfər sənəd vermişdir.
Elmlər doktoru hazırlığı üçün doktoranturaya 6 yer ayrılmış və bura 11 nəfər müraciət etmişdir. Dissertanturaya 27 yer ayrılmış, 38 nəfər müraciət etmişdir. Ümilikdə elmlər doktoru hazırlığı üzrə ayrılmış yerlərin sayı 33, sənəd verənlərin sayı isə 49 nəfər olmuşdur.
Cədvəldən göründüyü kimi İctimai Elmlər bölməsinə daxil olan institutlar arasında fəlsəfə doktoru hazırlığı üzrə ən çox İqtisadiyyat İnstitutuna, elmlər doktoru hazırlığı üzrə isə ən çox Tarix İnstitutuna müraciət edilmişdir. Bunu aşağıdakı diaqramda daha aydın görmək münkündür.
Fəlsəfə doktoru hazırlığına verilən bütün sənədlərin 31,7%-i İqtisadiyyat İnstitutunun, 20,2%-i Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, 14,4%-i Hüquq və İnsan Haqları İnstitutunun, 14,4%-i Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, 10,6%-i Fəlsəfə İnstitutunun, 6,7%-i Arxeologiya və Etnoqrafiya İnstitutunun, 1%-i Elm Tarixi İnstitutunun, 1%-i isə Qafqazşünaslıq İnstitutunun payına düşür.
Elmlər doktoru hazırlığına verilmiş sənədlərin 32,7%-i Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, 20,4%-i İqtisadiyyat İnstitutunun, 16,3%-i Fəlsəfə İnstitutunun, 14,3%-i Hüquq və İnsan Haqları İnstitutunun, 10,2%-i Arxeologiya və Etnoqrafiya İnstitutunun, 6,1%-i isə Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun payına düşür.
İqtisadiyyat institutu 2017-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya müraciət edən namizədlərin sayına görə üstünlük təşkil etmişdir. Elmlər doktoru hazırlığı üzrə isə yalnız Tarix İnstitundan geri qalmışdır.
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura üçün ayrılmış 5 yerə 12 nəfər sənəd versə də, 4 nəfər qəbul olmuş və 1 yer boş qalmışdır.
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura üçün ayrılmış 3 yerə 3 nəfər sənəd versə də, 2 nəfər qəbul olmuş və 1 yer boş qalmışdır.
Fəlsəfə İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura üçün ayrılmış 4 yerə 5 nəfər qəbul olmuş və əlavə 1 yer istənilmişdir. Elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya ayrılmış 3 yerə 5 nəfər qəbul olmuş və əlavə 2 yer istənilmişdir.
Diaqram: İctimai Elmlər bölməsi üçün ayrılmış plan yerlərinə müraciət edən namizədlərin ümumi sayının tərkibində instituların payı (ümumi payda faizlə)





