Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, professor Rəsmiyyə Abdullayeva və həmin şöbənin elmi işçisi Mələk Əliyeva 22-24 iyul 2026-cı il tarixlərində Kosovada Beynəlxalq Sosial Tədiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq Multidissiplinar Konqresdə onlayn formatda iştirak ediblər.
Konqresin məqsədi müxtəlif sahələrdə çalışan elm adamlarını çoxsahəli yanaşma əsasında bir araya gətirmək, elmi əməkdaşlığı və fikir mübadiləsini təşviq etməkdir.
R.Abdullayeva və M.Əliyeva konqresdə “Passiv sosial təminatdan aktiv məşğulluq proqramlarına keçid: insan potensialının gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər. Konqresdə 11 ölkədən 90 alim iştirak edib və digər aktual istiqamətlər üzrə müxtəlif mövzularda müakirələr aparılıb.






