İyulun 21-də minimum istehlak səbətinin tərkibinin yenidən müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin əmrinə əsasən yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, professor Rəsmiyyə Abdullayeva da iştirak edib.
Tədbiri giriş nitqi ilə açan İşçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli minimum istehlak səbətinin tərkibinin yenidən müəyyənləşdirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra İqtisadiyyat Nazirliyinin Aparatının İqtisadi siyasət şöbəsinin Sosial siyasət sektorunun müdiri Elgün Hacıxəlilov Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə dair yekun təqdimatla çıxış edib.
Təqdimatdan sonra İşçi qrupunun üzvləri minimum istehlak səbətinin tərkibinin müəyyənləşdirilməsi ilə bağlı yekun müzakirələr aparıb, təklif və rəylərini səsləndiriblər.






