Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı”, “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” və “Xidmət sferasının iqtisadiyyatı” şöbələrinin birgə iclası keçirilib.
İclasda “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin elmi işçi Minarə Ağayevanın 5304.01 – “İqtisadi fəaliyyət növləri” ixtisası üzrə təqdim etdiyi “Azərbaycanda dövlət standartlaşdırmasının biznes mühitinə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
“İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, i.e.d., dos. Allahyar Muradovun sədrliyi ilə keçirilən toplantıda M.Ağayeva dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şöbə əməkdaşları dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini, irad və tövsiyələrini bildiriblər, geniş müzakirələr aparılıb. Sonda dissertasiya işi növbəti müzakiərə mərhələsinə - elmi seminara tövsiyə olunub (economics.org.az).






