Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Türk Dünyası Yörük Türkmən Birliyinin Elmi Şurasının üzvü seçilib.
Türk Dünyası Yörük Türkmən Birliyinin Elmi Şurasında Türk dünyasının məşhur alimləri yer alıb. Professorlar - Ahmet Sınav, Ali Yakıcı, Cemal Kurnaz, Ahmet Taşağıl, Kutluk Kağan Sumer kimi məşhur alimlərin təmsil olunduğu Elmi Şurada R.Abdullayeva Azərbaycandan olan tək üzvdür.
Qeyd edək ki, Türk Dünyası Yörük Türkmən Birliyi Türk Dünyası Strateji Araşdırmalar Konqresinin təşkilatçısıdır.





