İyunun 30-da ETN İqtisadiyyat İnstitutunda prof. Tərbiz Əliyevin sədrliyi ilə 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Bakı Biznes Universitetinin doktorantı Seyidmahir Samir oğlu Zəkizadənin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun optimal formalaşdırılmasının qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
S.Zəkizadə dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





