İyunun 4-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında iki dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Azərbaycan Kooperasiya Universitetinin doktorantları Səbuhi Mais oğlu Həsənovun 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə “Abşeron iqtisadi rayonunda xidmət sferası müəssisələrinin inkişaf istiqamətləri” mövzusunda və Əli Güloğlan oğlu Bağırzadənin 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə “Emal müəssisələrində ixrac yönümlü məhsul istehsalının artırılması istiqamətləri” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müdafiəsi üzrə müzakirələr aparılmışdır.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı iddiaçılar dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış ediblər. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçılar ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda hər iki dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





