İyunun 3-də ETN İqtisadiyyat İnstitutunda prof. Tərbiz Əliyevin sədrliyi ilə 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Milli Aviasiya Akademiyasının doktorantıı Dadaşova Kövsər Xosrov qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Aviasiya trenajor kompleksinin kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması" mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
K.Dadaşova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





