Mayın 7-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında İqtisadiyyat İnstitutunun dissertantı Muradov Allahyar Niyaz oğlunun 5308.01 - «Ümumi iqtisadiyyat» ixtisası üzrə “Azərbaycanda bilik iqtisadiyyatının formalaşmasının dövlət tənzimləməsinin təkmilləşdirilməsi” mövzusunda iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi üzrə müzakirəsi aparılmışdır.
Professor Nazim Müzəffərlinin (İmanovun) sədrliyi ilə keçirilən iclasda iddiaçı A.Muradov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, geniş müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





