Aprelin 3-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə Elmi Seminarın iclası keçirilib.
Professor Fuad Qənbərovun sədrliyi ilə iclasda iddiaçı Piriyev Qəhrəman Məhəmməd oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qlobal iqtisadi böhranların iqtisad elminin prioritetlərinə təsiri (2020-ci il pandemiyasının timsalında)” adlı dissertasiya işinin müzakirəsi keçirilib.
İddiaçı dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





