Martın 19-da ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında İqtisadiyyat İnstitutunun dissertantı Abdullayev Kamran Nurəddin oğlunun 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının nəqliyyat sektorunda özəl sahibkarlıq fəaliyyətinin inkişaf problemləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Nazim Müzəffərlinin (İmanovun) sədrliyi ilə keçirilən iclasda iddiaçı K.Abdullayev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





