Martın 14-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı İsa Muradovun 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi adı almaq üçün təqdim etdiyi “İşğaldan azad olunmuş regionlarda turizmin inkişafının sosial-iqtisadi problemləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Rəna Sultanovanın sədrliyi ilə keçirilən iclasda iddiaçı İ.Muradov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





