Fevralın 24-də ETN İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda İqtisadiyyat İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə dissertantı Allahyar Muradovun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda bilik iqtisadiyyatının formalaşmasının dövlət tənzimləməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı A.Muradov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra rəyçilərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





