Fevralın 24-də ETN İqtisadiyyat İnstitutunun "Aqrar sektorun iqtisadi problemləri", "İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya" şöbələrinin və Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzinin birgə iclasında İnstitutun böyük elmi işçisi Səbinə Əsədovanın 5312.01 – "Sahə iqtisadiyyatı" ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Azərbaycan Respublikasında rəqəmsallaşmanın aqrar sektorun iqtisadi inkişafina təsirinin qiymətləndirilməsi" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
"İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya" şöbəsinin müdiri, dosent Allahyar Muradovun sədrliyi ilə keçirilən iclasda S.Əsədova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra rəyçilərin rəyi dinlənilib, suallar cavablandırılıb, müzakirələr aparılıb. Sonda dissertasiya işi səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub (economics.org.az).





