Fevralın 17-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi elmi seminar keçirilib.
Seminarda İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Şahin Sadıqov “Tikinti materialları istehsalının rəqabətqabiliyyətli inkişaf potensialı və onun mövcud vəziyyətinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədqiqatçı tikinti materialları istehsalının rəqabət qabiliyyətli inkişafı potensialını və ona təsir edən iqtisadi amilləri araşdırıb, sahənin mövcud vəziyyəti qiymətləndirilib, idxal, ixrac və respublikanın özünü təminetmə səviyyəsi məsələləri üzrə təhlillər aparılmışdır. Habelə tikinti materialları istehsalı müəssisələrinin fəaliyyəti və onların inkişaf potensialını müəyyən edən göstəricilərə, idxalın əvəzlənməsi imkanlarına baxılmış, sahə və ərazi klasterlərinin yaradılmasının mümkünlüyü araşdırılmışdır. Tikinti materialları istehsalının rəqabət qabiliyyətli inkişaf potensialından səmərəli istifadə edilməsi istiqamətində təkliflər verilmişdir. Tədqiqat bu sahədə praktiki yönümlü nəticələrin əldə edilməsinə istiqamətlənmişdir.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış, suallar cavablandırılmışdır. Çıxış edənlər tədqiqat işinin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrini səsləndiriblər (economics.org.az).





