Fevralın 6-da İqtisadiyyat İnstitutunda i.e.d. Möhübbət Hüseynovun sədrliyi ilə 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda ETN İqtisadiyyat İnstitutunun doktorantı Nigar Rasimovna Rəhimovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda özəl səhiyyə müəssisələrinin dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
N.Rəhimova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





