Yanvarın 23-də ETN İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri”, “Xidmət sferasının iqtisadiyyatı” və “İnklüziv sosial inkişaf” şöbələrinin birgə iclasında Məmmədov Tural Vətən oğlunun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında turizmin rolu” mövzusunda 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
T.Məmmədov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra rəyçilərin rəyi dinlənilib, suallar cavablandırılıb, müzakirələr aparılıb. Sonda dissertasiya işi səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub (economics.org.az).





