Yanvarın 24-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının prof. Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı Cəfər Firdovsi oğlu Cəfərovun 5312.01 – «Sahə iqtisadiyyatı» ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi adı almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında aqrar sığorta bazarının tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı C.Cəfərov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





