Noyabrın 29-da ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda ETN İqtisadiyyat İnstitutunun doktorantı Aşirov Ceyhun Qurban oğlunun 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Azərbaycanda rekreasiya resursları bazarının genişləndirilməsi istiqamətləri” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra C.Aşirov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





