Oktyabrın 30-da ETN İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda iddiaçı İqtisadiyyat İnstitutunun doktorantı Aygün Nazim qızı Təhməzlinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında dövlət sosial xərclərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və artırılması” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib.
A.Təhməzli dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra rəyçilərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub.





