ETN İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur. İnstitutun “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin müdiri, professor Gülşən Yüzbaşiyevanın sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib.
İclasda professor Gülşən Yüzbaşiyeva “Rəqabətqabiliyyətli iqtisadiyyatın təmin olunmasında keyfiyyət göstəricilərinin müqayisəli təhlili”, i.e.d., dosent Seyfəddin Səməndərov “Azərbaycan iqtisadi ədəbiyyatlarında iqtisadi artımın ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə və davamlılığına təsiri ilə əlaqədar dəyərləndirmələri”, prof. Rüstəmbəyov Hacıağa “Dayanıqlı iqtisadi inkişafın təmin olunmasında milli iqtisadi mənafelərin rolunun qiymətləndirilməsi”, i.e.d., dosent Əli Hüseynov “Azərbaycanda inflyasiya-devalvasiya proseslərinin volyuntar tənzimlənməsinin iqtisadiyyatın rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına təsirləri", dosent Asif Mustafayev “Korporativ idarəetmənin rəqabət mühitinə təsirinin qiymətləndirilməsi”, dosent Tariyel Qurbanov “Dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğunda tsiklik inkişaf üzrə qiymətləndirmə”, i.f.d. Aygün Fətəliyeva “Rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında kölgə iqtisadiyyatının çəkisinin azaldılması istiqamətləri”, i.f.d. Vusalə Abbasova “Rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında dövlətin antiinhisar tədbirlərinin rolunun qiymətləndirilməsi”, böyük elmi işçi Şirinova Rəsmiyyə “İşğaldan azad olunmuş ərazilərdə yeni özəlləşdirmə prosesinin keçirilməsi imkanlarının qiymətləndirilməsi”, böyük elmi işçi Jalə Mirzəbəyova “Azərbaycanda ali təhsil sistemində rəqabət problemi və onun qiymətləndirilməsi”, kiçik elmi işçi Aşırlı Aysel “Azərbaycanın milli-mənəvi dəyərlərinin innovasiya bacarıqlarına təsirinin qiymətləndirilməsi” mövzuları üzrə hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





