ETN İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
İnstitutun "Xidmət sferasının iqtisadiyyatı" şöbəsinin müdiri, dosent Pərviz Həsənovun sədrliyi ilə eelmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin ümumi tədqiqat mövzusu « Azərbaycan Respublikasında xidmət sahələrinin tənzimlənməsi və rəqabətli inkişaf istiqamətləri”dir.
İclasda dos. Pərviz Həsənov “Səhiyyə xidmətlərinin dövlət tənzimlənməsi və davamlı inkişafı ilə bağlı mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi”, dos. Kamran Abdullayev “Nəqliyyat-loqistika xıdmətləri sektorunda dövlət-özəl tərəfdaşlığın mövcud vəziyyətinin qiymətləndirilməsi” , dos. Həsən Həsənov “Azərabaycan Respublikasında sanatoriya və istirahət xidmətləri ilə baglı mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi”, i.f.d. Ədalət Əzizov “Azərbaycanda ictimai iaşə xidmətlərinin mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi”, böyük elmi işçi Ülkər Məmmədova “Rabitə və internet xidmətlərinin mövcud vəziyyətinin təhlili və iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi”, elmi işçi İlqar Sadıqov “Kommunal xidmətlərinin tənzimlənməsi və keyfiyyəti ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi” , elmi işçi Dilman Əsədov “Azərbaycanda idman xidmətlərinin mövcud vəziyyətinin təhlili və insan kapitalinin inkişafına təsirinin qiymətləndirilməsi”, elmi işçi Fəxrəddin Babazadə “Azərbaycan təhsil xidmətlərinin mövcud vəziyyəti və insankapitalinin inkişafına təsirin qiymətləndirilməsi” və kiçik elmi işçi Aynur Nəbizadə “Turizm xidmətlərinin tənzimlənməsində dövlət-özəl tərəfdaşlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi” mövzuları üzrə hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





