Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
Oktyabrın 24-də İnstitutun «Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d. prof. Rəna Sultanovanın sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin ümumi tədqiqat mövzusu «Azərbaycan Respublikasında təmiz ətraf mühit və regionların tarazlı inkiçafı problemləri”dir.
İclasda i.e.d., prof. Rəna Sultanova “Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafında sənayenin təhlili və qiymətləndirilməsi”, AMEA-nın müxbir üzvü, baş elmi işçi Ə.X.Nuriyev “Azərbaycanda regional iqtisadiyyatın strukturunun tarazlı sosial-iqtisadi inkişafda təhlili və qiymətləndirilməsi”, a.e.i., i.f.d. M.R.Əyyubov “Azərbaycan regionlarında mineral xammal və alternativ enerji ehtiyatlarından istifadə vəziyyətinin qiymətləndirilməsi”, a.e.i., i.f.d., dos. N.V.Əhmədov “Azərbaycan regionlarında neft və qaz ehtiyatlarından istifadə vəziyyətinin qiymətləndirilməsi”, . a.e.i., i.f.d., dos. M.Ə.Abdalova “Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafında şəhərlərin vəziyyətinin təhlili və qiymətləndirilməsi”, a.e.i., i.f.d. K.P.Piriyev “Azərbaycan regionlarında tikinti materialları ehtiyatlarından istifadə vəziyyətinin qiymətləndirilməsi”, a.e.i., i.f.d. V.Z. Ramazanov “Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafında kənd təsərrüfatının təhlili və qiymətləndirilməsi”, b.e.i. T.V. Məmmədov “Azərbaycan regionlarında ekoloji tarazlığın təmin olunması vəziyyətinin qiymətləndirilməsi”, b.e.i. S.X. Nəcəfli “Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafında sosial sferanın təhlili və qiymətləndirilməsi” mövzuları üzrə hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





