Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
İnstitutun “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, professor Tofiq Hüseynovun sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin 2024-cü ildə ümumi tədqiqat mövzusu “Emal sənayenin investisiya təminatının, tikinti materialları istehsalının, kimya sənayesinin, metallurgiya sənayesinin və mebel istehsalının rəqabətqabiliyyətli inkişaf potensialı və mövcud durumunun qiymətləndirilməsi"dir.
Baş elmi işçi, i.e.d. Beykəs Xıdırov “Kimya sənayenin rəqabətqabliyyətli inkişaf potensialı və onun mövcud vəziyyətinin qiymətləndirilməsi”, aparıcı elmi işçi, i.f.d. Şahin Sadıqov “Tikinti materialları istehsalının rəqabətqabiliyyətli inkişaf potensialı və onun mövcud vəziyyətinin qiymətləndirilməsi”, elmi işçi Elmaz Uzun “Mebel istehsalının rəqabətqabiliyyətli inkişaf potensiali və onun mövcud vəziyyətinin qiymətləndirilməsi” və digər əməkdaşlar öz tədqiqat mövzuları üzrə hesabat veriblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





