Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
Oktyabrın 18-də İnstitutun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin müdiri, professor Tərbiz Əliyevin sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin 2024-cü ildə ümumi tədqiqat mövzusu “Azərbaycanda biznes mühitinin və sahibkarlığın inkişaf səviyyəsinin qiymətləndirilməsi"dir.
İclasda aparıcı elmi işçi, dosent Mahir Zeynalov “İşğaldan azad olunmuş ərazilərdə biznes mühitinin qiymətləndirilməsi”, baş elmi işçi, dosent Əbdül-Səməd Həsənov “Sahibkarlıq subyektlərinin məqsədli maliyyə mexanizminin formalaşdırılması”, professor Qəzənfər Süleymanov “Qeyri-neft sektorunda sahibkarlıq subyektlərinə xarici investisiyaların cəlb edilməsinin mövcud vəziyyətinin təhlili“, dosent Ramil Əliyev “Emal sənayesində fərdi sahibkarlıq fəaliyyətinin qiymətləndirilməsi”, elmi işçi Minarə Ağayeva “Startapların təşkili üzrə beynəlxalq təcrübə və ondan Azərbaycanda istifadə imkanları”, böyük elmi işçi Sevda Mahmudova “Azərbaycanda qadın sahibkarlığının inkişafının müasir vəziyyətinin təhlili”, elmi işçi Sidiqə Balamiyeva “Mikro sahibkarlıq subyektlərin inkişafının mövcud vəziyyətinin təhlili” tədqiqat mövzuları üzrə hesabat veriblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





