Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
Oktyabrın 17-də İnstitutun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, i.e.d. Yaşar Məmmədovun sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin ümumi tədqiqat mövzusu “Maliyyə bazarı və vergi sisteminin rəqabət qabiliyyətli iqtisadiyyat quruculuğuna təsirinin qiymətləndirilməsi"dir.
İclasda i.e.d. Yaşar Məmmədov “Azərbaycanda fond bazarının müasir inkişaf səviyyəsinin qiymətləndirilməsi”, i.f.d., Sulduz Səlimov “Azərbaycanda büdcə xərc sisteminin qiymətləndirilməsi”, aparıcı elmi işçi Tanrıverdi Paşa “Vergi mühitinin müasir vəziyyətinin təhlili”, i.f.d. İsgəndər Babazadə “Azərbaycanda büdcə sistemi göstəricilərinin beynəlxalq metodoloji əsaslar ilə müqayisəli təhlili”, dosent Ramil Əliyev “Büdcə daxilolmalarının inkişaf səviyyəsinin qiymətləndirilməsi”, elmi işçi İlqar Qasımov “Vergi gəlirlərinin müasir inkişaf səviyyəsinin qiymətləndirilməsi” mövzuları üzrə hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





