Oktyabrın 18-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda Gəncə Dövlət Universitetinin doktorantı Orucova Həcər Əjdər qızının 5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Aqrar sahədə tədarük sisteminin inkişafı və dövlət tənzimlənməsi məsələləri” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra H.Orucova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





