Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
İnstitutun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, dosent Allahyar Muradovun sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin ümumi tədqiqat mövzusu “İnnovativ inkişaf və iqtisadiyyatın rəqəmsal mühitə transformasiyasının dövlət tənzimlənməsi istiqamətləri”dir.
İclasda dosent Allahyar Muradov “İnnovativ inkişafa təsir edən baza amillərin müəyyən edilməsi və təsir səviyyəsinin qiymətləndirilməsi”, baş elmi işçi, i.e.d. Sevda Mikayılova “Sənaye sektorlarında innovativ inkişafa mane olan amillərin təhlili və qiymətləndirilməsi”, aparıcı elmi işçi, dosent Emin Məmmədzadə “Milli innovasiya sisteminin inkişaf səviyyəsinin qiymətləndirilməsi”, aparıcı elmi işçi, i.f.d. Gülnarə Fətəliyeva “İKT infrastrukturu və iqtisadiyyatın rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi”, böyük elmi işçi Vəfa Rüstəmova “Elmi potensialın iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi” və böyük elmi işçi Rafiq Rzayev “İnnovasiya-investisiya mühitinin qiymətləndirilməsi” mövzularında hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





