Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
İnstitutun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin müdiri, professor Fuad Qənbərovun sədrliyi ilə elmi əməkdaşların hesabatları dinlənilib. Şöbənin ümumi tədqiqat mövzusu “Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri”dir.
İclasda prof. Fuad Qənbərov “Beynəlxalq nəqliyyat dəhlizlərinin Türk dövlətləri arasındakı iqtisadi əlaqələrə təsiri”, dosent Ələsgər Sarıyev “Türk dövlətləri arasında investisiya qoyuluşlarının müasir vəziyyəti və təhlili”, dosent Samirə Abasova “İnnovasiya sahəsində Türk dövlətlərinin əməkdaşlığının müasir vəziyyəti”, dosent Gülnarə Səmədova “Türk dövlətləri arasında turizm əlaqələrinin müasir vəziyyəti və təhlili”, dosent Dağbəyi Allahverdiyev “Türk dövlətlərinin iqtisadi təhlükəsizlik göstəricilərinin təhlili”, i.f.d., Əsmər Əliyeva “Türk dövlətləri arasında sənaye məhsulları üzrə idxal-irxac əməliyyatlarının müasir vəziyyəti və təhlili” və elmi işçi Leyla Serttaş “Türk dövlətləri arasında kənd təsərrüfatı məhsulları üzrə idxal-irxac əməliyyatlarının müasir vəziyyəti və təhlili” mövzularında hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.





